Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, şəhər sakini Nazilə Padarova sanitar-karantin rejimi qaydaları izah olunmasına və polis əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yaşadığı evi tərk edib. Polislər tərəfindən onun olduğu yer müəyyən olunub və tibbi prosedurlar da gözlənilməklə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan N.Padarova barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
17:58
652
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
656
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
686
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2212
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2155
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
3275