Balakəndə toyda söyüş üstündə dava düşdü
Hadisə Balakən şəhərindəki şadlıq evlərinin birində keçirilən toy məclisində baş verib. 34 yaşlı Azər Yaşar oğlu Abdullayevlə, Balakən rayon sakinləri - 25 yaşlı Soltan Cindarov, onun həmyaşıdları Novruz Abdullayev və Elmmədin Piriyev arasında mübahisə yaranıb. Söyüş üstündə baş verən mübahisə sonradan toy məclisindən kənarda davaya çevrilib. Nəticədə Azər Piriyevə xəsarət yetirilib. Azər Piriyev Balakən Rayon Mərkəzi Xəstəxanasina (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, 1990-cı il təvəllüdlü Abdullayev Azər Yaşar oğlu kəllə daxili travma, Baş beyin silkələnməsindən səbəbi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə daxil olub. Hazırda Cərrahiyyə şöbəsində müalicə alır, vəziyyəti isə orta stabildir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun rəhbəri polis kapitanı Mahir Məsimov hadisə ilə bağlı sorğunu cavablandıraraq bildirib ki, məsələ ilə bağlı tərəflərin izahatları alınıb. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"