Balakəndə narkobaron tutuldu - SİLAH, DOLLAR, NARKOTİK
Balakəndə narkobaronun evindən odlu silah, narkotik və küllü miqdarda xarici valyuta tapılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 37 yaşlı Seymur Quliyev saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş çəkisi 6 kiloqrama yaxın təşkil edən, hündürlüyü 26-90 sm olan 95 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 540 qram olan qurudulmuş marixuana, 5 qram həşiş, həmçinin 27 min ABŞ dolları, 1 ədəd ov tüfəngi, 1 ədəd tir tüfəngi, çoxlu sayda patronlar və narkotik maddə hazırlamaq üçün istifadə olunan xüsusi qurğu aşkar edilərək götürülüb. Dindirilmə zamanı Seymur Quliyev əməlini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."