Balakəndə evi ildırım vurdu
Balakəndə fərdi yaşayış evini ildırım vurub.
APA TV-nin məlumatına görə, hadisə ötən gün axşam saat 22 radələrində rayonun Katex kəndində, kənd sakini Məmmədvəli Əsəbəli oğlu Kərimova məxsus evdə baş verib. Ümumi sahəsi 156 kvadratmetr olan, kürsülü birmərtəbəli 4 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində ildırım vurması nəticəsində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tam yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov, APA TV
OXŞAR XƏBƏRLƏR
18:19
949
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
991
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
1236
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
997
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1194
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1660