Balakəndə ata və azyaşlı qızını maşın vurdu – VƏZİYYƏTLƏRİ AĞIRDIR
Balakəndə ata və azyaşlı qızını maşın vurub.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Balakən-Qabaqçöl avtomobil yolunun rayonun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakinləri - 1984-cü il təvəllüdlü Əsəbəli Əhmədov azyaşlı övladı 2011-ci il təvəllüdlü Nurayla birlikdə yolu keçmək istəyən zaman, qadın sürücünün idarə etdiyi “Prado” markalı avtomobil onları vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan ata və azyaşlı qızı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlara lazımi tibbi yardım göstərilib.
Əsəbəli Əhmədov və qızının vəziyyəti nəzərə alınaraq müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
751
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1339
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1349
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1453
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1583
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1542