Bakıya gizli yolla sərnişin daşıyan avtobus sürücüsü saxlanıldı
Bakıya gizli yolla sərnişin daşıyan avtobus sürücüsü saxlanılıb.
APA TV-nin məlumatına görə, Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi karantin postunda Bakı istiqamətində hərəkətdə olan Mingəçevir şəhər sakini Zamin Talıbova məxsus, Samux rayon sakini Ramiz Həsənovun idarə etdiyi “Mercedes” markalı iritutumlu avtobus saxlanılıb.
Polis əməkdaşları və DİN-in hərbi qulluqçuları tərəfindən avtobusa baxış keçirilərkən avtobusun salonu boş olduğu halda onun baqaj yerində gizlənən 7 nəfər aşkar edilib.
İlkin araşdırmalarla məlum olub ki, avtobusun sahibi Zamin Talıbov əvvəllər də müvafiq icazəsi olmayan şəxslərin qanunsuz yollarla karantin postlarından keçirməyə iki dəfə cəhd göstərdiyi üçün ifşa edilərək barəsində 1-ci dəfə inzibati cərimə, 2-ci dəfə isə inzibati həbs cəzası tətbiq edilib.
Bunlardan nəticə çıxarmayan avtobus sahibi və onun sürücüsü artıq 3-cü dəfə eyni inzibati xətanı törədiblər.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?