Bakının təmizliyi üçün yeni pilot layihə - BRİTANİYA ŞİRKƏTİ İLƏ
Nərimanov rayonunda məişət tullantılarının növbəti kompozisiyasının araşdırılmasına başlanıb.
APA TV-nin məlumatına görə, Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Kommunal Xidmətlər müəssisəsinin direktoru İlqar Hüseynov pilot layihənin paytaxtın digər rayonlarında da həyata keçirləcəyini qeyd etdi: “Bizim bu gün kompozisiya araşdırmasını aparmaqda məqsədimiz çeşidlənmiş məişət tullantılarının tərkibini aydınlaşdırmaqdır. Həqiqətən də, biz bilək ki, çeşidlənmiş tullantıların içində neçə faizi kapron, neçə faizi karton, neçə faizi metaldır. Bizim bu işimiz gündəlik olaraq davam edir. Layihənin davamı olaraq bu prosesi Nizami rayonunda reallaşdırmağı planlaşdırırıq və 2020-ci ilin aprel ayından Nizami rayonunda pilot layihəyə başlayacağıq”.
Layihə tərəfdaşı - Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin nümayəndəsi Artur Guasti bu işdə maarifləndirici işlərin aparılmasına ehtiyac olduğunu bildirdi: “Hazırda vacib olan məsələlərdən bir odur ki, biz bilməliyik ki, narıncı qutulara ancaq şüşə, karton, metal və plastik tullantılar düşməlidir. Digər bütün tullantıar isə yaşıl qaba atılmalıdır. Bizim ən böyük problemlərimizdən bir odur ki, biz hələ də tekstil və qida tullantılarını narıncı qutularda tapırıq. Bu problem maksimal dərəcədə tez həll olunsa, layihə daha effektiv olar”.
Artıq Nərimanov rayonu ərazisində 400 konteyner meydançası vətəndaşların ixtiyarına verilib və bu meydançalara lazımı sayda zibil qutuları qoyulub.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi