Bakının mərkəzində 2 milyonluq torpağı mənimsəmək istəyən vəzifəli kimdir?
Bəzi media qurumları tərəfindən Səbail Bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğlunun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işinin başlanmasına dair dəqiqləşdirilməmiş məlumatlar yayılıb.
Baş Prokurorluqdan verilən xəbərə görə, qeyd olunan informasiya ilə bağlı bildirilir ki, Əhməd Hüseynovun Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində araşdırılıb.
İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədi ilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və digər maddələri ilə ittiham elan edilib və dekabrın 27-də cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək