Bakıdan Cəlilabada piknikə gedən şəxslər cərimələndi
Karantin qaydalarını pozaraq Cəlilabadda piknikə gedən şəxslər saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində Bakı şəhər sakini Elvin Süleymanzadənin idarə etdiyi “Niva” markalı avtomobil saxlanılıb.
Polis əməkdaşları tərəfindən aparılan müvafiq yoxlama zamanı sürücü ilə yanaşı, avtomobildə olan Bakı sakinləri Nahid Qasımov, Habil Əsədov və 3 nəfər qadının heç bir müvafiq icazə olmadan, karantin qaydalarını pozaraq Bakı şəhərindən Cəlilabada gəldikləri müəyyən edilib. Onların dincəlmək məqsədilə, piknik təşkil etmək üçün gəldikləri məlum olub.
Həmin 6 nəfər barəsində protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar. Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi