13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Bakıdan Cəbrayıla başdaşı aparan şəhid anası – 28 İL SONRA

Azərbaycanın ən gənc şəhidi 16 yaşlı “Tiqana” ləqəbli Samir Qədir oğlu Əliyevin məzarı ziyarət olunub.

 

APA TV şəhidin ailə üzvləri ilə birlikdə 29 ildən sonra Cəbrayılın Şükürbəyli kəndinə yollanıb.

 

Məzarı ziyarətə gedərkən şəhidi anası Aminə Əliyeva ilə söhbət edirik, deyir ki, Samir 1993-cü il avqustun 15- şəhid olub, 16 avqust tarixində torpağa dəfn edilib: “Sonuncu dəfə həyat yoldaşı Qədir Əliyevlə oğlunun məzarını ziyarət edən Aminə ana onu da bildirdi ki, Cəbrayıl rayonu işğal olunduqdan sonra oğlunun məzarını bir daha ziyarət edə bilməyib.”

 

Samir Əliyevin dəfn olunduğu yerdə onunla yanaşı 2 şəhid məzarının da nişanəsi var. İllər keçməsinə baxmayaraq şəhid məzarlarının içində Aminə ana oğlunun məzarını özü tanıdı. 

 

- Aminə ana oğlunuz bu məzarda uyuyur?

 

- Bəli

 

- Nə hissləri keçirirsiz, 30 ildən sonra oğlunuzun məzarı üstünə gəlmisiniz 16 yaşlı Samirinizin

 

- Ağlayır

 

Ananın indi yeganə təsəllisi qazanılan qələbədir, deyir ki buna hər zaman inanıb: “Qələbə bizim oldu. Qanın yerdə qalmadı”

 

Qeyd edək ki, Samir Əliyev 9 iyun 1977-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində az yaşlı olmağına baxmayaraq özündən yaşca böyük döyüşçülərə qoşulub və Xocavənd rayonunun Banazur kəndində artilleriya atəşindən şəhidlik zirvəsinə ucalıb.

 

30 il əvvəl Şəhidin atasına təqdim olunan 3 rəngli bayrağımız illər sonra yenidən onun məzarına sancıldı.

 

Samirin həyat hekayəsini və Cəbrayılda baş verənləri 4 oktyabrda efirə gedəcək “Ocaq Əmanəti” verilişində izləyə biləcəksiniz!

 

Nuranə Namazova

Samir Qaragözov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın