Bakıdakı qonşular Zaqatalada heroin satarkən tutuldu
Bakıdakı qonşular Zaqatalada heroin satarkən saxlanılıb.
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində əvvəllər də oğurluğa görə məhkum olunmuş Elnur Səmədov və Bakı şəhər sakini Ceyhun Əkbərov yaxalanıb. Ceyhun Əkbərovun idarə etdiyi “Kia” markalı avtomobilə baxış keçirilən zaman 212 qramdan artıq heroin və 105 qram metamfetamin aşkar olunaraq götürülüb.
İstintaq zamanı Elnur Səmədovun Bakı şəhərində kirayə yaşadığı evdə qonşusu, taksi fəaliyyəti ilə məşğul olan Ceyhun Əkbərovla birgə sonuncunun idarə etdiyi “Kia” markalı avtomobillə Zaqatalaya gəldiyi və burada narkotik vasitələri satmaq niyyətində olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
13:54
1840
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
1821
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2952
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1570
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1992
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1164