Bakıda zəncirvari qəza zamanı beş avtomobil əzilib
Bakının Səbail rayonunda beş avtomobil toqquşub.
APA TV xəbər verir ki, hadisə Səməd Vurğun və Üzeyr Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə zamanı "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Maserati" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Maserati" Nicat Cəfərova məxsus "Jeep"ə, daha sonra "Chrysler" və "Hyundai"a dəyib.
Qəza nəticəsində 2001-ci il təvəllüdlü Mehbalıyev Kənan Ramiz oğlu və 1984-cü il təvəllüdlü Xryaşkin Aleksey İqoroviç müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanın növbətçi həkiminin verdiyi məlumata görə, K.Mehbalıyevin vəziyyəti ağırdır. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, "VAZ 2115" markalı avtomobil yol ayrıcını işıqforun qırmızı işığında keçib.
Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?