Bakıda üç avtomobil toqquşub

Bakının Nəsimi rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.  APA TV-nin məlumatına görə yol-nəqliyyat hadisəsi İslam Səfərli küçəsində qeydə alınıb. Belə ki, Məhəmməd Qurbanov idarə etdiyi “Reno” markalı  avtomobillə hərəkətdə olan zaman digər küçədən keçən Ford markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbə o qədər güclü olub ki, Reno yol kənarında dayanmış digər nəqliyyat vasitəsinə yəni BMW yə dəyib.

Baş vermiş yol qəzası zamanı xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə yol patrul xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR