Bakıda “Yüzilliyin marşı” filminin təqdimatı keçirilib
Media İnkişaf Mərkəzi İctimai Birliyi “Yüzilliyin marşı” filminin təqdimatını keçirib. APA TV-nin məlumatına görə, film, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gətirilib. Əvvəlcə filmə baxış oldu. Daha sonra Media İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Qabil Abbasoğlu bildirdi ki, film Azərbaycanda ordu quruculuğunun və hərb ənənələrimizin tarixindən bəhs edir. O, eyni zamanda filmdə aprel qazilərinin müsahibələrinə də yer verildiyini qeyd etdi: Həmçinin filmdə Azərbaycan ordusunun müasir qüdrətindən, ölkəmizin yetişdirdiyi hərbi şəxsiyyətlərin həyatından, cəmiyyətdə orduya sağlam münasibətin möhkəmlənməsi istiqamətində görülən işlərdən söz açılır. Çıxış edənlər ordumuzun gündən-günə möhkəmləndirilməsindən, gənclərin orduya marağından və ordumuzun aprel döyüşlərindəki şücaətindən danışdılar. Filmin ssenari müəllifi və səsləndirilməsi İlham Tumasa aiddir. Təqdimat mərasimində Qarabağ qaziləri iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."