Bakıda yüksək sürətlə tunelə girən avtomobil aşıb
Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Belə ki, rayon ərazisindəki tuneldə Elnur Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb.
“Hyundai” beton yol ayrıcına, daha sonra işıq dirəyinə çırpılaraq yolun əks tərəfinə keçib.
APA TV xəbər verir ki, sürücü E.Əhmədov qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Qəza nəticəsində Ziya Bünyadov prospektində hər iki istiqamətdə tıxac yaranıb.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
13:54
922
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
921
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2070
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1485
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1908
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1075