Bakıda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər yaralandı
Novxanı-Binəqədi avtomobil yolunun kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Daewoo Nexia” və “Saipa” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və nəqliyyat vasitəsində olan 2 nəfər sərnişin ağır bədən xəsarətləri alıblar.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Xəsarət alanlar Təcili Tibbi Yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.
Hadisə nəticəsində avtomobil yolunda sıxlıq yaranıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, qəzanın “Saipa” markalı avtomobilin sürücüsünün qarşı yola çıxdığı səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
1091
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1678
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1686
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1499
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1622
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1580