Yol ayrıcında iki avtomobil toqquşub - BAKIDA
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv xəbər verir ki, hadisə Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində qeydə alınıb.
Həsənzadə İbrahim Vüqar oğlu idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsi ilə işıqforun sarı işığında yolu keçmək istəyərkən Ələkbərli Cavid Elşad oğlunun idarə etdiyi "Renault" markalı avtomobilin yoluna çıxıb və avtomobillər toqquşub. Zərbənin təsirindən "Renault" yol kənarındakı səkiyə çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Sürücülərin izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1283
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1327
Növbəti köç karvanları yola salınıb
13:38
1340
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
967
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1095
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3005