Bakıda yağış yağacaq - TEMPERATUR ENİR
Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-25, Bakıda gecə 17-19, gündüz 22-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."