Bakıda yağış yağacaq - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15, gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti təşkil edəcək.

Sentyabrın 23-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR