Bakıda xəzri əsəcək - HAVA PROQNOZU
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti təşkil edəcək.
Oktyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR
17:47
1388
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1266
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1271
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
938
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
898
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
914