Bakıda xəzri əsəcək, bölgələrdə yağış yağacaq
Oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 12-16, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 4-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR
17:47
1339
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1220
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1218
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
933
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
891
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
906