Bakıda “Whatsapp”la narkotik satan qohumlar yaxalandı
Bakıda onlayn yolla narkotik vasitə və psixotrop maddələr satan şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Fərid və Seymur adlı şəxslərin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələr satdığı barədə məlumat daxil olub.
Keçirilən əməliyyat nəticəsində paytaxt sakinləri Fərid Şamxalov və qohumu Seymur Şamxalov saxlanılıb. Onlardan 15 qram heroin, 25 qram psixotrop maddə olan metamfetamin, 56 ədəd dövriyyəsi və satışı qadağan olunan “Pregabalin”, 40 ədəd “Tropin”, 2 ədəd “Ekstazi” həbləri və 1 ədəd elektron tərəzi götürülüb.
Qeyd edək ki, narkotik vasitələr alan şəxslər pulu onların hesablarına müxtəlif ödəmə terminalları vasitəsi ilə köçürüblər.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı