Bakıda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası işə başlayıb.
APA TV-nin xəbərinə görə, iclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, Qazaxıstan xarici işlər naziri Muxtar Tlueberdi, Qırğızıstan xarici işlər naziri Çingiz Ayderbekov, Özbəkistan xarici işlər naziri Abdulaziz Kamilov və Macarıstan xarici işlər naziri Peter Siyyarto iştirak edirlər.
Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edən tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdardır.
Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov qeyd edib ki, Türk Şurasına sədrlik Naxçıvan sazişinin 10-cu ildönümündə Qırğızıstandan Azərbaycana keçəcək.
Qeyd edək ki, bir müddət əvvəl Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olmaq barədə qərar qəbul edib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək