Bakıda telefon mağazasından oğurluq edilib
Bakının Nəsimi rayonunda oğurluq hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində baş verib.
Belə ki, Fərid Nəsirova məxsus Rövşən Cəfərov küçəsində yerləşən mobil telefon dükanın şüşəsi sındırılıb. Dükan sahibi hadisədən xəbər tutaraq əraziyə gəlib. Müvafiq olaraq ərazi üzrə 19-cu Polis Bölməsinə məlumat verilib.
Dükan sahibi APA-ya bildirib ki, təxminən ona 2 min manatdan çox zərər dəyib. Oğurlanan telefon aksesuarları və mobil telefonlardır.
Polis Bölməsinin əməkdaşları ərazidə əməliyyat axtarışı aparıb. Müvafiq olaraq təhlükəsiz şəhər kamerasının görüntülərinə baxılıb. Məlum olub ki, oğuıuq edən şəxs yaxınlıqda yerləşən kafedən çıxan şəxsdir. Həmin şəxsin axtarışlarına başlanılıb.
OXŞAR XƏBƏRLƏR
18:19
746
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
789
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
1032
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
977
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1167
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1643