Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb. 9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən Kərimli Samir İlham oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. "Hyundai" markalı avtomobildə olan xanım sərnişin də yaralanıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.
Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki sürücü Sərxoşluğun Təyin Edilməsi Məntəqəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
641
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
631
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
645
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
332
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
327
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
336