Bakıda tarixi binanın damında qeyri-qanuni tikilmiş mansard sökülür
Bakıda dövlət mühafizəsində olan tarixi binanın damında tikilmiş mansard sökülür.
APA TV-nin prosesi izləyən əməkdaşı xəbər verir ki, paytaxtın Nəsimi rayonu 28 May küçəsində yerləşən binada söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən aparılır.
Bildirilib ki, sosial şəbəkələrdə memarlıq abidəsinin üzərində 2008-ci ildə artırılmış qanunsuz mansard barədə xəbər yayıldıqdan sonra BŞİH məsələyə operativ reaksiya verib.
Qeyd edək ki, memarlıq binası 1908-ci ildə milyonçu Musa Nağıyevin sifarişi ilə tikilib.
Bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan tarix mədəniyyət abidələri siyahısına yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi daxil edilib.
OXŞAR XƏBƏRLƏR
19:45
789
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
807
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1264
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
929
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
894
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
930