Bakıda tapança ilə gəzən keçmiş məhkum tutuldu
Paytaxtın Nəsimi rayonunda üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdiyi əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Natiq Hüseynov tutulub.
Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb.
Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
588
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
583
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
587
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
327
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
321
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
331