Bakıda ŞOK: Qızın “Instagram”ını ələ keçirib, abunəçilərini soydular
Azərbaycanda yeni olmayan, lakin hələ də çoxlarının aldandığı dələduzluq problem aktuallığını qoruyur. Söhbət sosial şəbəkə istifadəçilərinin şəxsi hesablarının ələ keçirilməsi və həmin vətəndaşların adından kimlərinsə dələduzluq etməsindən gedir. Bu cinayətin qurbanlarından biri Fidan Mirzəyeva başına gələnləri bizə danışdı. Fidanın da hesabını alt-üst edən altı rəqəmli kod oldu. Nəticə etıbarı ilə Fidanın “Instagram” və “Facebook” platformaları üzərindən paylaşımlar edilir və onun adından müəyyən bir ödənişin təstiq olunması ilə bağlı yazı yayımlanır. Dələduzlar “İnstagram”da həmin şəxsin abunəçilərinə müxtəlif məbləğli ödənişlərin köçürülməsi ilə bağlı məsajlar yazıblar. Bu mesajlara aldanıb 3 min manatını dələduzlara yedirən də olub. Sosial şəbəkə istifadəçilərinin pullarını ələ keçirən şəxs dələduzluq qurbanları ilə 055-716-13-73 mobil nömrəsi vasitəsilə əlaqə saxlayırmış. Mütəxəssislərin fikrincə, dələduzlar sosial şəbəkə hesablarını ələ keçirərkən bir neçə üsuldan istifadə edirlər. Bunlardan biri də “fishing”dir. Bu metod ilk baxışdan zərərsiz görünsə də, fəsadları böyük ola bilər. Dələduzlar saxta linklər və yaxud saytlar hazırlayaraq hədəf seçdiyi auditoriyanı manipulasiya edirlər. Bu cür naməlum mesajları alan şəxslər linklərə daxil olmamalı və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Sosial şəbəkə hesablarını kiber dələduzluqdan qorumaq üçün etibarlı şifrə qoyulmalı, ikimərhələli doğrulama aktiv edilməli, mütəmadi olaraq tətbiqdə aktiv sessiyalar bölməsi yoxlanmalıdır. Aygün Carçıyeva, Arif Əliyev, APA T
OXŞAR XƏBƏRLƏR
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
Şərurun hülüsü niyə bu qədər məşhurdur?