Bakıda sərxoş sürücü avtomobilini şərab mağazasına çırpıb
Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı mağazaya külli miqdarda ziyan dəyib.
Maqbet Bəşirov idarə etdiyi Vaz 21015 markalı avtomobillə Tbilisi prospektində Yol Patrul Xidmətinin saxla əmrinə tabe olmayıb.
O, yüksək sürətlə hərəkətdə olan zaman Rəşad Əliyevin idarə etdiyi İnfiniti markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan Vaz 21015 Həsən Əliyev küçəsində yerləşən şərab evinə çırpılıb. Bundan sonra Maqbet Bəşirov polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Mağaza sahibi Həsən Hüseynov APA Tv-nin hadisə yerində olan əməkdaşına bildirib ki, təxminən obyektə 20 min manat ziyan dəyib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
402
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
399
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
375
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
307
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
304
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
312