Bakıda səki ilə gedən qadını zorla maşına oturtmaq istədi
Sosial şəbəkələrdə yayılan bu video geniş müzakirələr səbəb olub. Belə ki, sürücü səki ilə gedən qadına qarşı qeyri-etik hərəkətlər edir, təkidlə ondan maşına oturmasını istəyir. Qadın baş verənlərə məhəl qoymasa da, sürücü əl çəkmir.
Videoya yazılan rəylərdə də vətəndaşlar, qadınlara qarşı bu cür psixoloji təzyiqlərin olmasını utanverici hal kimi qiymətləndirirlər.
Bəs görəsən vətəndaşlar bu kimi halların baş verməsinin səbəbini nədə görürlər?
Bəs bu cür hallar hansısa hüquqi məsuliyyət yaradırmı? “Norma” Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayevin sözlərinə görə, vətəndaşların istirahətini pozmaq, onları zorla maşına dəvət etmək və s. hərəkətlər qeyri-etikdir və bu kimi hallardan narahat olan şəxs hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilər.
Hüquqşünasın sözlərinə görə, bu kimi hadisələr daha dəhşətli hal alarsa, məsələn, adam oğurluğu faktı baş verərsə, hadisəni törədən şəxs Cinayət məcəlləsinin 144.1ci maddəsinı görə, 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Semral Cavad
Xəyal İskəndərov
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ