Bakıda satıcısı olmayan dükan - SAHİBİ GÖRÜN KİM İMİŞ
Dünən bir çox sosial şəbəkələrdə və saytlarda yayılan maraqlı bir xəbərin izi ilə burdayıq. Belə ki, sahibkar Şamil Əmirli küçədə stolun üzərinə öz təsərrüfatından əldə etdiyi yumurtaları yerləşdirib və yanına pul qutusu qoyaraq satıcısız ticarətə başlayıb. Qeyd edək ki, burada heç bir satıcı və nəzarətçi yoxdur. Yumurtanın qiyməti isə 20 qəpikdir. Bazarlarda isə yumurta 30-35 qəpiyə satılır.
Sahibkar Şamil Əmirli deyir ki, çoxları buna ironiya ilə yanaşdı. Ancaq biz heç də yanılmadıq. Özünəxidmət formasında keçirilən satış tam özünü doğrultdu. Hətta bir dəfə qutuda 84 manat 80 qəpik əvəzinə 85 manat pul var imiş: ”Bu haqda xarici ölkələrdə eşitmişdim. Dedim niyə də bizdə olmasın? İndiyədək buraya qoyulan yumurtaların sayını itirmişəm. Gündəlik 100 yumurta qoyuruq. Onları öz təsərrüfatımızdan toplayırıq”.
Müsahibə zamanı o da məlum oldu ki, Şamil Əmirli ehtiyyatda olan zabit, həmçinin Qarabağ qazisidir. Bu ideyanı da zabit dostu ilə birlikdə reallaşdırıb. Sahibkar deyir ki, satışları bu formada da davam edəcək.
Semral Cavad
Fariz Quluyev
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ