Bakıda restorandan çıxan şəxs insanlara bıçaqla hücum edib – HADİSƏ ANI
Bakının Nərimanov rayonunda xuliqanlıq zəmnində hadisə baş verib.
APA Tv xəbər verir ki, Əhməd Rəcəbli küçəsində mübahisə düşüb.
Mübahisə zamanı orta yaşlı şəxs (şəxsiyyəti hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyənləşdirilir) iaşə obyektindən çölə çıxaraq əlbəyaxa dava edib. Daha sonra o, 90-PC-375 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobildən bıçaq götürərək digər insanlara hücum edərək nalayiq sözlər işlədib.
O daha sonra “Khazar” markalı avtomobilə minərək ərazidən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Şahidlərin izahatı alınıb. Həmin şəxsin axtarışına başlanılıb.
OXŞAR XƏBƏRLƏR
19:48
692
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
681
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
696
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
337
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
332
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
341