Bakıda restoranda toy etmək istəyən şəxslər saxlanılıb
Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.
Mərasimin zalının icarədarı, paytaxt sakini Rahib Həsənli, toyun təşkilatçısı Suraxanı rayon sakini Baba Babayev və toy zamanı orada olan 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətirilib.
Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub.
Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.
Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
18:38
225
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
860
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
867
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
852
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2233
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2178