Bakıda restoran diceyi bıçaqlandı
Müştəri və dicey arasında insident yaşanıb. Hadisə Yasamal rayonunda baş verib. Belə ki, Müzəffər Həsənov küçəsində yerləşən iaşə obyektində bıçaqlanma faktı qeydə alınıb. Restoranda dcey kimi fəaliyyət göstərən Elşən Babayev müştəri tərəfindən sifariş alıb. Həmin sifarişi yerinə yetirilməyincə tərəflər arasında mübahisə düşüb. APA-nın çəkiliş qrupu hadisə yerinə yollanıb. Kafeni işlədən xanımlar müsahibə verməkdən imtina edib. Lakin şifahi olaraq bildiriblər ki, Elşən müştəri tərəfindən bıçaqlanıb. Hazırda o xəstəxanadadır. Daha sonra onlar çəkiliş qrupumuzu ərazidən uzaqlaşdırmağa çalışıblar. Fakt üzrə Yasamal Rayon polis İdarəsinin 29 cu polis bölməsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. Bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."