Bakıda quldur dəstəsi ələ keçdi - BİRİ BASQIN EDİLƏN OBYEKTDƏ İŞLƏYİB
Bakıda ticarət köşkünə quldur basqını olub.
APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, cinayət Bakıxanov qəsəbəsində törədilib.
Maskalı şəxslər satıcıya bıçaq çəkib, hədə-qorxu ilə 800 manat nağd pul və 1000 manat dəyərində mobil danışıq kartları aparıblar.
Cinayəti törədən şəxslər - Cəlilabad rayon sakini Altan Ağamalıyev və Lerik rayon sakini Firuz Qasımlı saxlanılıb. Polis onların üzərindən köşkdən aparılan danışıq kartlarını, yaşadıqları mənzillərdən isə soyğunda istifadə edilən üz, əl geyimlərini və bıçağı maddi sübut kimi aşkar edib.
Qeyd edək ki, Altan Ağamalıyev həmin köşkdə satıcı işləyib və basqın təklifini də o verib.
Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
17:47
879
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
769
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
774
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
870
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
832
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
850