Bakıda qaz şəbəkəsinə ən çox bu rayonda kənar müdaxilələr olur
“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyası keçirilib.
Aksiyada yanvarın 1-dən bu günə qədər görülmüş işlərdən danışılıb.
Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov bildirib ki, gözlənilməz soyuq hava şəraitində hər hansı nöqtədə qəza yarandıqda ehtiyat xətlərdən istifadə edilərək qaz təchizatı fasiləsiz təmin olunub.
Rauf Əhmədov qeyd edib ki, yanvar ayından Xəzər rayonu üzrə artıq 4 istiqamətdə işlər yekunlaşıb. Əlavə olaraq isə şəbəkənin gücləndirilməsi ilə bağlı yeni xətlərin çəkilib istismara verilməsi işləri görülür.
“Azəriqaz”ın nümayəndəsi onu da vurğulayıb ki, İB-nin ən böyük problemlərindən biri qaz şəbəkəsinə kənar qoşulmalarla bağlıdır və Bakı şəhərində bu göstərici üzrə lider Sabunçu rayonudur. Bu səbəbdən rayon ərazisində qazın verilişində əlavə olaraq hər həftə ən az 20-30 dayanma olur.
Onun sözlərinə görə, bu halla bağlı yoxlamalar aparılır və yerində pozuntu halları aşkar edilir. Vəziyyətin aradan qaldırılması üçün məcburən qaz təchizatı dayandırılır, nəticədə vətəndaşlar qaz təchizatı ilə bağlı əziyyət çəkirlər.
OXŞAR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama