Bakıda polisə tabe olmayan “avtoş” həbs olundu
Bakının Nərimanov rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin “Chevrolet” markalı avtomobilin sürücüsü paytaxt sakini Rövşən Musayev qeyd edilən qayda pozuntusuna yol verdiyi üçün ona saxla işarəsi verilib. Sürücü hərəkətini davam etdirərək yol polislərinə tabe olmayıb.
Görülən tədbirlər nəticəsində sürücü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Nərimanov rayon Məhkəmənin qərarı ilə sürücü Rövşən Musayev 10 sutka inzibati qaydada həbs edilib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi