Bakıda polis rəisinin qardaşı oğlu qəzada ölüb - HADİSƏ YERİNDƏN

 

Bakıda ölümlə nəticələnən zəncirvarı yol nəqliyyat hadisəsinin görüntüləri yayılıb. APA TV-nin məlumatına görə, qəza avqustun 2-də saat 12 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. Cəlilabad rayon sakini Əli Abbasov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda hərəkətdə olan Bakı şəhər sakini Ş.Babaşovun “Honda” markalı avtomobilinə vurduqdan sonra idarəetməni itirib və yolun əks istiqamətinə çıxaraq, Ağsu rayon sakini E.Xasıyevin 49 saylı xətt üzrə işləyən “Daewoo” markalı avtobusla toqquşub. Nəticədə Ə.Abasov hadisə yerində ölüb. Avtobusdakı 2 sərnişin xəstəxanaya çatdırılıb, onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hadisə ilə bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır. Qeyd edək ki, qəzada ölən Ə.Abbasov Xəzər rayon Dövlət Yol Polisi bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR