Bakıda “piyada reydi” - PAYTAXT KÜÇƏLƏRİNDƏN GÖRÜNTÜLƏR

Bakı Şəhər Baş Polis İdarəsi ictimai təhlükəsizliyin təmin olunması məqsədilə paytaxtda “piyada reydi” keçirib. APA TV-nin məlumnatına görə, yol hərəkəti təhlükəsizliyi ilə bağlı riayət edilməli olan qaydalar onların diqqətinə çatdırılıb. “Yollarda piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları İstiqlaliyyət və Azərbaycan prospektinin kəsişməsində növbəti reydini keçirir” DİN rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər, yol nəqliyyat hadisələrinin qarşısının alınması və qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyır: Çəkiliş zamanı xarici turistlərdən də yol hərəkəti qaydalarını pozanlar oldu. Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülüb. Reyd zamanı polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər isə saxlanılaraq barələrində inzibati protokol tərtib edilərək cərimələnib. Reyd zamanı 5 piyadaya xəbərdarlıq edilib. İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsi ilə 2 piyada üçün protokol tərtib olunub. Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə bu cür tədbirlər davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR