Bakıda Pakistan vətəndaşlarını oğurladılar
Bakıda Pakistan vətəndaşları oğurlanıb.
APA-nın məlumatına görə, Pakistan İslam Respublikasının vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək bildiriblər ki, Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri Pakistan İslam Respublikasının vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları “H.Əliyev adına Beynəlxalq Hava Limanı”nda qarşılayıb, onları taksi fəaliyyəti göstərmək adı ilə Binəqədi rayonu, Azadlıq prospekti ev 192/30, mənzil 20 ünvanında yerləşən, 1992-ci il təvəllüdlü Ağazadə Ayxan Məzahir oğluna məxsus mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər. O cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollarını və 400 Avro pulunu ələ keçiriblər.
Bundan başqa azad edilmələri müqabilində onlardan əlavə olaraq 20 min ABŞ dollar pulun verilməsini hədə-qorxu ilə tələb ediblər.
Faktla bağlı 1-ci Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə cinayət işi başlanıb.
Pakistan vətəndaşlarını oğurlayaraq pul tələb edən şəxslər tutulub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, əməli törətməkdə şübhəli şəxslər saxlanılaraq istintaqa cəlb olunub.
Hazırda zəruri istintaq hərəkətləri aparılır.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı