Bakıda "Niva" bir neçə maşını əzib – SÜRÜCÜ HADİSƏ YERİNDƏN YAYINDI
Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə yol qəzası qeydə alınıb.
APA TV xəbər verir ki, hadisə Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.
"Niva" markalı avtomobil idarəetmədən çıxaraq işıqforun qırmızı işığında dayanan "VAZ 2115" və iki "Hyundai" markalı avtomobillərə çırpılıb. Daha sonra sürücü avtomobillə birgə ərazidən uzaqlaşıb. "Hyundai"ın sürücüsü Cavid Xəlilovun APA TV-yə verdiyi məlumata görə, "Niva" yüksək sürətlə hərəkətdə olub.
Faktla bağlı Yol Patrul Xidmətinə müraciət edilib. Daha sonra "Niva" markalı avtomobili idarə edən sürücü avtomobillə birgə əraziyə gətirilib. O, APA TV-yə bildirib ki, hadisədən yayınmaq istəməyib, sadəcə, anası xəstə olduğu üçün ərazini tərk etməli olub.
Nərimanov polisi sürücünü hadisə yerindən yayındığı üçün məsuliyyətə cəlb edib.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?