Bakıda nasaz avtomobil qəzaya səbəb olub, xəsarət alanlar var
Bakının Səbail rayonunda iki avtomobil toqquşub.
APA TV xəbər verir ki, Neftçilər prospektində nəqliyyat vasitəsinin təkərinin nasaz olması qəzaya səbəb olub.
1995-ci il təvəllüdlü Əli Əsədağa oğlu Sərxanov idarə etdiyi “BMW” markalı nəqliyyat vasitəsini yol kənarında saxlamaq istəyərkən onun avtomobili "VAZ 2107" və "NAZ Lifan" markalı maşınlara çırpılıb. Zərbənin gücündən "BMW" "BakuBus" MMC-yə məxsus 6 saylı xətt marşutu üzrə Niyaməddin Məhəmmədovun idarə etdiyi "Iveco" markalı sərnişin avtobusuna dəyib.
"BMW"-nin sürücüsü Əli Sərxanov bildirdi ki, "NAZ Lifan" markalı avtomobilin təkəri nasaz olub, "VAZ 2107"-nin sürücüsü də avtomobili yolda saxlayaraq ona kömək edirmiş.
Qəza nəticəsində "NAZ Lifan" və "VAZ 2107"-nin sürücüləri ağır xəsarət alıb. "VAZ 2107"-nin yanacaq çəni zədələndiyindən yola benzin dağılıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib, yolda sıxlıq yaranıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşları yolda hərəkəti tənzimləyib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək