Bakıda narkotik satan silahlı şəxs yaxalandı
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Yasamalda keçirilən əməliyyat zamanı Cəbrayıl rayon sakini Şahruq Şavruqov tutulub.
Onun üzərində şəxsi axtarış aparılan zaman 107 qram heroin, 12 qram psixotrop maddə metamfetamin, 1 ədəd “SUR-2608” markalı tapança və 1 ədəd beşbarmaq aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
16:28
233
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
344
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2380
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2282
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2273
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1464