Bakıda narkotik alverçisi ələ keçdi - KÜLLİ MİQDARDA HEROİN
Bakıda narkotik vasitələrin istifadəsində və alqı-satqısında şübhəli bilinən şəxs yaxalanıb.
APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bərdə rayon sakini saxlanılıb.
Akif Məmmədovun üzərinə baxış zamanı ondan 9,780 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Akif Məmmədovun yaşadığı evdən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 1 kiloqram 100 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunub.
Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı Akif Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."