Bakıda müzakirələrə səbəb olan eyvan - TİKİNTİDƏ SƏHV, YOXSA...
Bakının şimal qapısı, hamının Şamaxinka kimi tanıdığı ərazidə bir müddətdir yaşayış binaları təmir olunur.
APA TV xəbər verir ki, binanın yeni müasir tələblərə cavab verən şəkildə təmiri, ətrafda yaşayan bəzi sakinlər tərəfindən birmənalı qarşılanmayıb. Bu səbəbdən müəyyən şikayətlər formalaşıb. Hətta sosial şəbəkələrdə binanın fotosu çəkilərək “eyvan qoyulsa da sakinlər eyvana necə çıxacaq” tipli iradlar da yazılıb.
Məsələni araşdırmaq üçün sözügedən ünvana yollandıq. Apardığımız araşdırmadan bəlli oldu ki, bu eyvanlar yalnız dekorasiya xarakteri daşıyır.
Yasamal rayon 56 saylı mənzil-kommunal sahəsinin mühəndisi Nurəddin Məmmədov deyir ki, bu binada hal-hazırda təmir bərpa işləri gedir: ”Bu binanın vəziyyəti çox pis idi, şəhərin girişində idi. Prezidentin göstərişi ilə bu bina təmir olunur. Bununla əlaqədar da gözəl görsənsin deyə orda kondisionerlər üçün əlavə yer quraşdırılır”.
Bina sakinləri bildirdilər ki, binanın bu cür təmir olunması onlar üçün heç bir problem yaratmır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış etdi
Bakıdakı tozlu havanın səbəbi nədir? – HAVA ŞƏRAİTİ KƏSKİN DƏYİŞDİ!
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib