Bakıda minik avtomobili yük avtomobilinə çırpılıb – XƏSARƏT ALAN VAR
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
“Renault” markalı minik avtomobilini idarə edən sürücü minik avtomobilini Sənan Əsgərlinin hərəkətdə olan betonqarışdıran yük maşınına çırpıb.
Betonqarışdıran yük maşının sürücüsü Sənan Əsgərli kameramıza müsahibə verməkdən imtina etsə də, suallarımıza şifahi olaraq cavab verdi.
Daha sonra idarəetmədən çıxan minik maşını yol kənarında hərəkətsiz dayanan Eldar Bağırova məxsus “KamAz” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin 1986-ci il təvəllüdlü Cavid Mahmudov ağır xəsarət alıb.
Hadisə yerinə Nərimanov DYPŞ-nin əməkdaşları cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
17:21
1322
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1366
Növbəti köç karvanları yola salınıb
13:38
1377
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
974
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1102
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3013