Bakıda metronun çıxışının yeri dəyişdirilir - “20 YANVAR” DAİRƏSİ KİÇİLDİLİR
“Masazır dairəsindən “20 Yanvar” dairəsinə qədər olan hissədəki genişləndirmə və təmir işləri may ayında başa çatdırılacaq”.
APA TV-nin verdiyi məlumata görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.
O bildirib ki, Moskva prospektində kompleks halda atılmış addımların məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissə “20 Yanvar” dairəsinə doğru genişləndirilib: “20 yanvar” dairəsində hazırda hər iki istiqamətdə - həm Tbilisi, həm də Moskva prospektindən gələn nəqliyyat vasitələrinin dairəyə rahat daxil olması məqsədilə dairənin hər iki tərəfdən radiusu kiçildilir. Bundan sonra dairə əksinə olaraq oval şəkildə olacaq”.
A.Nəcəflinin sözlərinə görə, əvvəllər bu ərazidə sağa manevr edən sürücülər olurdu ki, bu da həmin ərazidə konflikt nöqtələr yaradırdı. Bundan sonra isə həmin ərazidə sağa manevr etməyə ehtiyac olmayacaq: “Əvvəllər Müzəffər Həsənov küçəsindən gələn nəqliyyat vasitələri birbaşa dairəyə daxil olurdu. Onların artıq qarşısı alınıb və ötürülüb Zərdabi küçəsinə. Oradan geri dönərək sonradan dairəyə daxil ola bilirlər. Müzəffər Həsənov küçəsindən də sağa dönə bilmək üçün Moskva prospekti tərəfdən də genişləndirmə işləri aparılır. Orada metro stansiyanın çıxışı vardı. Həmin çıxışın yeri dəyişdirilir. Buna görə də yol təxminən 8-10 metr enində genişləndiriləcək. Bununla da Müzəffər Həsənov küçəsinə Moskva prospektindən gələn nəqliyyat vasitələri rahatlıqla dönə biləcək. Bu da həmin ərazidəki sıxlığın qarşısının alınması məqsədilə edilir”.
Qeyd edək ki, bundan öncə Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi. Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilib.
Səfər Əlizadə
Faiq Həsənov
APA TV
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı