Bakıda mənzildə partlayış - yaralı var
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-dən dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otağın pəncərə çərçivəsi yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində mənzildə olan bir nəfər vətəndaş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
482
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
460
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
565
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
18:44
1202
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
1102
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
1319