Bakıda mağazadan soyğunçuluq edən şəxs yaxalandı
Bakıda mağazadan soyğunçuluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan xəbərə görə, Binəqədi rayonu ərazisində yerləşən ərzaq mağazasında satıcı işləyən qadın polisə müraciət edərək bildirib ki, naməlum şəxs mağazada soyuducunun üzərində olan ona məxsus 220 manat pulu götürərək qadını itələyib və oradan uzaqlaşıb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Post Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Cəfərov tutulub.
Onun üzərində şəxsi axtarış aparılan zaman soyğunçuluq yolu ilə əldə etdiyi pul maddi sübut kimi aşkar olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir. Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"