Bakıda mağaza və kafelərdən oğurluq edən qardaşlar tutuldu
Səbail rayonunda oğurluq hadisəsi baş verib.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, Paytaxt sakini Ramin Tağıyev Polis Bölməsinə müraciət edərək, ona məxsus mağazadan 300 manat pul və 1700 manat dəyərindən müxtəlif çeşidli tütün məmulatlarının oğurlandığını bildirib.
Dərhal Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri Vüsal, Namiq və Zamiq Vəliyev qardaşları saxlanılıblar. Onlar ifadələrində Səbail rayonunda daha 2 mağaza və bir kafedən kosmetik vasitələr, ətirlər, televizor və ərzaq məhsulları oğurladıqlarını etiraf ediblər. Qardaşlar oğurluq etdikləri 4 obyektdə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub